Akvakultur balıqçılıq sistemləri

Akvakultur qapalı və açıq tipli balıq ferması avadanlıqlarının satışı və quraşdırılması

         Şirkətimiz sizə müasir standartlara cavab verən  balıq bəsləmə sistemlərinin ( Aquaculture system ) açar təslim quruşdırılmasını və satışını təklif edir. Bu sistemlərdə texnologiyanın son nəaliyyətlərindən istifadə  edilməklə, balığın yaşaması üçün ideal şərait yaradılır, bu da öz növbəsində məhsuldarlığı dəfələrlə artırır. Nümunə kimi karp balığını göstərək. Məs: 1m3 suya 100-120 ədəd 5-10 qramlıq balıq balası (karp) buraxılır. Altı aydan sonra təqribən 1 m3 sudan 80 kq məhsul əldə etmək olur. Təklif olunan  fermanı 100 kubmetr  göstərək. Beləliklə, ildə 2 mövsüm məhsul əldə etməyi nəzərə alsaq – 80kq x 100 kbm x 2 mövsüm = 16000 kq. Açıq sahədə bu məhsuldarlığı əldə etmək üçün bizə hektarlarla su hövzəsi lazım olduğu halda, bizim sistemdə isə 250 kvm ərazi kifayət edir. Təklif olunan müasir balıq bəsləmə fermaları avtomat şəkildə idarə edilməklə yanaşı, ekoloji təmiz məhsulların yetişdirilməsinə, su sərfiyyatının aşağı salınmasına, bu sahədə olan ekoloji çirklənmənin aradan qaldırılmasına və s. bu kimi üstünlüklərə malikdir. Bu mobil fermalar istənilən yerdə və hava şəraitindən asılı olmayaraq istənilən mühitdə quraşdırıla bilər. Belə ki, fermalar sökülüb-yığılandı. Bu tip fermaların əsas üstünlüklərindən biri də budur ki, şirin su hövzələrində ( çayda, göldə) yaşayan balıqlardan başqa, duzlu su hövzələrində ( dəniz və okean) yaşayan balıqları da burda bəsləmək olar. Bütün  sistemi  cəmi bir nəfər işçi də idarə edə bilər. Əlavə olaraq işçilər  üçün  xarici mütəxəssislər tərəfindən treyninqlər də keçirilə bilər. Balıq bəsləmə sistemləri  3 növdə təklif olunur: Qapalı su dövrüyyəli, açıq su dövrüyyəli və qəfəs tipli.  Müştərinin istəyinə uyğun olaraq şirin və duzlu suyu olan sistemlər də hazırlana bilər. Təklif olunan aquakultur sistemlərdə hər növ balıq ( forel, sazan, nərə, belamur, və s.), dəniz canlıları ( krevet, dəniz ilbizi və s.) saxlamaq olar. Bu sistemlərdən istifadə etməklə siz balıq istehsalında ətraf mühitin çirklənməsinin də qarşısını ala bilərsiz. Təklif olunan sistemlər istixana daxilində, xüsusi hazırlanmış fermalarda, çay üzərində, göl və dənizdə quraşdırılıb, açar təslim təhvil verilir.

Qapalı su dövrüyyəli akvakultur sistemi

 

 

Qəfəs tipli akvakultur sistemi

 

 

Istixana daxili balıq ferması

 

 

Istixana daxili balıq ferması: 

 

Bu tip fermalardan əsasən isti su hövzələrində yaşayan balıq vədigər canlıların bəslənilməsində istifadə olunur.

Əsas üstünlukləri:

- Maya dəyərinin aşağı olması.

- İstənilən vaxt söküb - yığmaq olar.

- Mövsüm uçun praktik olması.

 

 

Xüsusi hazırlanmış balıq ferması

 

 

Xüsusi hazırlanmış balıqçılıq ferma haqqında: 

 

Bu tip fermalardan əsasən xüsusi qulluq tələb edilən balıqların bəslənilməsində istifadə olunur. İstifadə olunan avadanlıqlar fermanın həcmi və  digər texniki göstəriciləri layihəyə uyğun hazırlanılır.

Show More
Show More
Qəfəs tipli balıq bəsləmə sistemi

 

 

Açıq sahədə balıq bəsləmə məntəqəsi haqqında: 

 

Bu tip məntəqələr əsasən açıq su hövzələrində ( göl, dəniz və s.) quraşdırılır. Dərinlik, istehsal gücü və s. layihəyə uyğun hazırlanılır.

Show More
         Balıq hovuzları                        Qum filtiri                 Zülal süzgəci                             Mexaniki filtir
Avadanlıqlar

 

 

Aeratorlar

 

 

  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Pinterest Social Icon
  • Instagram Social Icon

Tel \ Whatsapp \ Wechat :(+994) 552509500 \ Email: sale@magrotech.com  \  Neftçilər prospekti 151, Bakı

Balıq üçün oksigen

Baliq ucun havalandirma sistemi