İstixana avadanlıqlarının satışı və quraşdırılması

İstixana sistemləri haqqında:

           Müasir istixana sistemlərimiz, günümüzün tələblərinə cavab verən şəkildə dizayn edilmişdir. İstixanalarımız  şüşə, polikarbonat və  polietilen örtüklü olub, isti qalvanizə edilmiş metal konstruksiyalardan  emal edilmişdir. Dam örtüyü qeyri-sabit hava şəraitinə, ağır qar yükünə və sürətli külək gücünə davam gətirə bilməsi üçün xüsusi hazırlanmışdır. Etdiyimiz təkliflərdə torpaqlı və torpaqsız (Coco peat) əkin alternativləri, bütün avtomatlaşdırılmış sistemlərin idarə edilməsi və baxışı həyata keçirilir. İstixanalar tərəfimizdən layihələndirilir, quraşdırılıb, açar təslim təhvil verilir.   

Daxili sistemlər: Kölgələmə sistemi ( daxili və xarici), təbii və avtomatlaşdırılmış havalandırma sistemi, sərinlətmə və rütubət sistemi, istilik sistemi, suvarma sistemi, gübrələmə sistemi, hidropon sistemi, yer örtüyü, mərkəzləşdirilmiş avtomat idarəetmə sistemi və s.

 

İstixana haqqında:

Konstruksiyası: İstixananın konstruksiyası  qalvanizə edilmiş, korroziyaya davamlı, ölçüsü: 100x100, 80x80, 80x60, 60x60 mm profil, diametri 25, 32, 48, 60 mm olan borulardan hazırlanmışdır.

Ortadan hündürlüyü: 4 - 7 m təşkil edir.

Eni: 8, 9.6, 12 m təşkil edir.

İstixananın uzunluğunu istənilən ölçüdə hazırlamaq olar, İstixananın eninə artırılması isə istixanaların bir-birinə bərkidilməsi şəklində həyata keçirilir.

Havalandırma sistemi: yandan və ya damda quraşdırılmış roll up və kəpənək tipli avtomat və ya yarımavtomat hərəkətə gətirilən pəncərələrdən ibarətdir. Qapı sistemi: ölçüsü 2 x 1 m olan 2 ədəd asma polikarbonat qapılardan ibarətdir.

Örtük: 200 mikron qalınlığında 5 il istifadə müddəti olan UV qatqılı polietilen örtükdən hazırlanmışdır.

Kölgələmə sistemi: İstixana üçün avtomat hərəkətə gətirilən daxili və ya xarici kölgələmə sistemi də quraşdırıla bilər.

Polietilen örtüklü qotik tipli istixana

 

 

Polietilen örtüklü tunel tipli istixana

 

 

İstixana haqqında:

Konstruksiyası: İstixananın konstruksiyası isti qalvanizə edilmiş, korroziyaya davamlı, diametri 25, 32, 48, 60 mm olan sinklənmiş borulardan hazırlanmışdır.

Ortadan hündürlüyü: 3,6 m təşkil edir.

Eni: 8 m təşkil edir.

İstixananın uzunluğunu istənilən ölçüdə hazırlamaq olar, İstixananın eninə artırılması isə istixanaların bir-birinə bərkidilməsi şəklində həyata keçirilir.

Havalandırma sistemi: yandan və ya damda quraşdırılmış roll up tipli avtomat və ya yarımavtomat hərəkətə gətirilən pəncərələrdən ibarətdir. Qapı sistemi: ölçüsü 2 x 1 m olan 2 ədəd asma polikarbonat qapılardan ibarətdir.

Örtük: 150 mikron qalınlığında 3 il istifadə müddəti olan polietilen örtükdən hazırlanmışdır. 

Polikarbonat örtüklü venlo tipli istixana

 

 

İstixana haqqında:

Konstruksiyası: İstixananın konstruksiyası isti qalvanizə edilmiş, korroziyaya davamlı sinklənmiş profillərdən hazırlanmışdır.

Ortadan hündürlüyü: 3 - 8 m təşkil edir.

Eni: 4 m təşkil edir.

İstixananın uzunluğunu istənilən ölçüdə hazırlamaq olar, İstixananın eninə artırılması isə istixanaların bir-birinə bərkidilməsi şəklində həyata keçirilir.

Havalandırma sistemi: yandan və ya damda quraşdırılmış  avtomat və ya yarımavtomat hərəkətə gətirilən pəncərələrdən ibarətdir.

Qapı sistemi: ölçüsü 2 x 1 m olan 2 ədəd asma polikarbonat qapılardan ibarətdir.

Örtük: 4, 6,8,10 mm qalınlığında 8-10 il istifadə müddəti olan polikarbonat örtükdən hazırlanmışdır.

Kölgələmə sistemi: İstixana üçün avtomat hərəkətə gətirilən daxili və ya xarici kölgələmə sistemi də quraşdırla bilər.

Şüşə örtüklü venlo tipli istixana

 

 

İstixana haqqında:

Konstruksiyası: İstixananın konstruksiyası isti qalvanizə edilmiş, korroziyaya davamlı sinklənmiş və alüminium  profillərdən hazırlanmışdır.

Ortadan hündürlüyü: 3 - 8 m təşkil edir.

Eni: 4 m təşkil edir.

İstixananın uzunluğunu istənilən ölçüdə hazırlamaq olar, İstixananın eninə artırılması isə istixanaların bir-birinə bərkidilməsi şəklində həyata keçirilir.

Havalandırma sistemi: yandan və ya damda quraşdırılmış  avtomat və ya yarımavtomat hərəkətə gətirilən pəncərələrdən ibarətdir.

Qapı sistemi: ölçüsü 2 x 1 m olan 2 ədəd asma polikarbonat qapılardan ibarətdir.

Örtük: Bir və ya ikiqat şüşə

Kölgələmə sistemi: İstixana üçün avtomat hərəkətə gətirilən daxili və ya xarici kölgələmə sistemi də quraşdırla bilər.

             Hobbi istixanalar

 

 

İstixana haqqında:

Bu tip istixanalar aşağıdakı kateqoriyalara bölünür:

1. Eko restoran - Bu tip restoranlar şüşə örtüklü istixana daxilində xüsusi dizayn ilə hazırlanır.

2. Hobbi istixana - Bu tip istixanalar kiçik ölçülü olub, həyatyanı sahədə dekorativ bitkilərin və s. saxlanılması üşün istifadə olunur.

3. Qoruyucu istixana - Bu tip istixanalar əsasən polietilen örtüklü olub, qış mövsümündə ağac və kolların sərt hava şəraitindən qorunması üçün istifadə olunur.

İstilik sistemləri.

 

 

İstilik sistemləri haqqında:

İstilik sistemləri isitmə metoduna görə aşağıdakı qruplara bölünür:

1. Hava vasitəsi ilə.

2. Buxar vasitəsi ilə.

3. Su vasitəsi ilə.

Yanacaq sisteminə görə isə aşağıdakı qruplara bölünür:

1. Məişət qazı ilə.

2. Elektrik vasitəsi ilə.

3, Dizel yanacağı ilə.

4. Kömür vasitəsi ilə.

5. Günəş panelləri ilə.

Qeyd: Eyni zamanda bu yanacaq növlərini bir yerdə də istifadə etmək olar.

İstlik paylama şəbəkəsi kimi isə aşağıdakı materiallardan istifadə olunur.

1. Xüsusi pərlər.

2. Polietilen, dəmir və ya sinklənmiş borular.

3. Radiatorlar.

 

Suvarma və gübrələmə sistemləri.

 

 

Suvarma və gübrələmə sistemlərimiz aşağıdakı qruplara bölünür.

1. Püskürtmə sistemi.

2. Sisləmə sistemi,

3. Damcılı suvarma sistemi.

4. Hidropon suvarma və gübrələmə sistemi

 

İstixana üçün suvarma və gübrələmə sistemi də idarəetmə və montaj üçün aşağıda göstərilən beş zonaya bölünür.

1. Avtomatik idarə etmə sistemi

2. Su anbarı

3. Gübrə hazırlama sistemi

4. Su paylama şəbəkəsi

5. Filter sistemi

 

Torpaqsız əkin Hidropon sistemi

 

 

Hidropon sistemi :

 

Sisitem iki hissədən ibarətdir - kokopit substraktı və drenaj sistemi

.

Kokopit substraktı:

Kokopit substraktından  istixana daxilində torpaqksız  əkin sistemində (pomidor, xiyar və s. istehsalı üçün) istifadə olunur. Təbii və orqanik mənşəlli bu substarkt kakos qabığından hazırlanıb.

 

Drenaj sistemi:

İki növ drenaj sistemi şirkətimiz tərəfindən sizə təklif olunur - PP və dəmir materialından. Drenaj sistemi asqılı, yerdən və ayaqlar üzərində montaj edilə bilər.

Digər istixana sistemləri

 

 

Kölgələmə sistemi :

Tərəfimizdən iki növ kolgələmə pərdəsi təklif olunur daxili və xarici. Bu kölgələmə pərdələri idarə etmə sisteminə görə də iki cür olur avtomat və manual. İstixana təsərrüfatında kölgələmə pərdəsindən əsasən sərinlətmə və istiliyin qorunması üçün istifadə edilir. 

Yer örtüyü:

Yer örtüyündən əsasən torpaqsız əkin zamanı istifadə olunr.

Sirkulyasiya pəri:

İstixana daxili iqlimin tənzimlənməsi üçün istifadə olunur

Sərinlətmə sistemi:

Sərinlətmə sistemindən istixana daxili tempraturunun aşağı salınması və nəmləndirilmənin kontrol edilməsi üçün istifadə olunur.

Asqı sistemi:

Asqı sistemindən ştilin bağlanıb, vertikal  böyüdülməsi üçün istifadə edilir.

Bitkiyə qulluq arabaları:

Bu arabalar relsvari istilik paylama boruları üzərində və təkərli olaraq çalışır.Bitkiyə qulluq və hazır məhsulun yığılması zamanı istifadə edilir.

  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Pinterest Social Icon
  • Instagram Social Icon

Tel \ Whatsapp \ Wechat :(+994) 552509500 \ Email: sale@magrotech.com  \  Neftçilər prospekti 151, Bakı